Türkiyənin "Fənərbaxça" klubu qış fasiləsində müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Filadelfiya Union"da çıxış edən Kay Vaqneri transfer etməyə yaxındır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Fənərbaxça" almaniyalı sol cinah müdafiəçisi üçün ABŞ klubuna 2 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. İspaniyadan "las Palmas" da Vaqnerlə maraqlanır.
Qeyd edək ki, Kay Vaqner 2019-cu ilin fevral ayından "Filadelfiya Union"da çıxış edir. 27 yaşlı futbolçu bu müddət ərzində MSL təmsilçisinin heyətində meydana çıxdığı 215 rəsmi matçda 8 qol və 44 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi