"Gələcəyimlə bağlı yazılan xəbərlərə əhəmiyyət vermirəm"

18:50 - 5 Yanvar 2025

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Kevin De Brüyne gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Premyer Liqa klubundan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 33 yaşlı futbolçu yayılan xəbərlərə əhəmiyyət vermədiyini deyib:

"Gələcəyimlə bağlı yazılan xəbərlərə əhəmiyyət vermirəm. Sadəcə olaraq əvvəlki səviyyəmə qayıtmağa çalışıram. Artıq hər həftə daha da yaxşıya doğru getdiyimi hiss edirəm. 90 dəqiqə oynaya biləcək durumdayam. Zədələrə görə son bir neçə ay mənim üçün çətin keçmişdi".

Qeyd edək ki, Kevin De Brüyne bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti