İspaniyanın "Valensiya" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Real Sosyedad"dan Umar Sadiqi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı forvard mövsümün ikinci yarısını "Valensiya"da keçirəcək.
Qeyd edək ki, "Real Sosyedad" Umar Sadiqi 2022-ci ilin sentyabr ayında "Almeriya"dan transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi