"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan Trent Aleksander-Arnoldu əldən buraxmaq istəmir.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Real"a keçmək ehtimalı olan ingiltərəli sağ cinah müdafiəçisinə sərfəli sözləşmə təklif edib. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Liverpul" Trenti komandada saxlamaq üçün ona ümumilikdə 78 milyon funt-sterlinq qazanacağı 5 illik müqavilə təklif edib.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü olan 26 yaşlı futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi