“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.