"Milan" İtaliya millisinin üzvünü transfer edəcək

20:58 - 6 Yanvar 2025

İtaliyanın "Milan" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi "Torino"da çıxış edən Samuele Riççidir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Milan"ın italyan yarımmüdafiəçi üçün şəxsi şərtləri razılaşdırdığı bildirilir. "Qırmızı-qaralar"ın 22 yaşlı futbolçunun klubu ilə də anlaşmağa yaxın olduğu bildirilir. Transferin mövsümün sonunda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yanvar ayında "Empoli"dən transfer edib. İtaliya millisinin üzzü olan gənc oyunçu bu mövsüm A Seriyasında meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti