Millimizin üzvü üçün yeni baş məşqçi

14:22 - 7 Yanvar 2025

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi Polşanın “Radomyak” klubu yeni baş məşqçi ilə bağlı qərar verib.

Sportal.az “weszlo.com” portalına istinadən xəbər verir ki, Polşa klubuna son iş yeri Sloveniyanın “Olimpiya” klubu olan portuqaliyalı mütəxəssis Joao Henrişek başçılıq edəcək.

Xatırladaq ki, Henrikeş 2023-cü ilin yayında Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində “Qarabağ”a uduzan (0:2, 1:1) zaman “Olimpiya”nın baş məşqçisi olub. Əlavə edək ki, həmin vaxtı Rahil Məmmədov da “Qarabağ”da oynayıb. Lakin həmin görüşlərdə meydanda çıxmamışdı.

Xəbər xətti