İtaliya milli komandasının sabiq üzvü Lorentso İnsinye ölkəsinə qayıda bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli futbolçuya "Montsa" maraq göstərir.
A seriyası təmsilçisi 33 yaşlı futbolçu üçün hərəkətə keçib.
İnsinye 2022-ci ildə "Napoli"ni "Toronto"ya dəyişib. O, MLS təmsilçisinin heyətində keçirdiyi 63 matçda 18 qol vurub və 13 asist edib.
Lorentsonun "Toronto" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi