"Neftçi"nin futbolçusu Emin Mahmudov komandanın qış təlim-məşq toplanışı barədə danışıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Mahmudov bunları deyib:
"Məşqlərə yeni başlamışıq. İndi daha çox fiziki və toplarla məşqlər olur. Çalışırıq ki, bunları yerinə yetirək. Mövsümün ilk yarısında fiziki baxımından böyük problemlərimiz var idi. Çalışırıq ki, onun qarşısını alaq. Mövsümün ikinci yarısında fiziki baxımdan yaxşı olarıq və oyunumuz da daha yaxşı alınar. Mənim bərpa prosesim bir az uzun çəkdi. Mən elə bilirdim ki, 1-2 həftəyə məşqlərə başlayacam. Amma bir az problemlər çıxdı. Məşqlər və oyunlar üçün çox darıxmışam. Çalışacam ki, tez formaya qayıdım və komandaya kömək edib. "Sabah"la oyuna iki həftə qalıb. Çalışırıq ki, fiziki və taktiki baxımdan hazır olaq. Allah qoysa, mövsümün ikinci yarısını daha yaxşı keçirməliyik. Çünki kubok oyunlarımız da var. Ümid edirəm ki, yaxşı nəticələr olacaq".
saytlarin hazirlanmasi