Türkiyənin "Qalatasaray" klubunda iki yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Ali Yeşilyurt və hücumçu Recep Yalın Dilekin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu ilə 2027/2028 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, bu futbolçular "Qalatasaray"ın yetirməsidir. Ali Yeşilyurt mərkəz müdafiəçisi, Recep Yalın Dilek isə hücumçu mövqeyində çıxış edir.
saytlarin hazirlanmasi