Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" doğma meydanda "İskenderun"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Millimizin üzvləri də bu görüşün iştirakçısı olub. Həm əsas millisinin hücumçusu Renat Dadaşov, həm də U-19-un üzvü Həsən Nəzərli matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi