Adi Hütterlə bağlı qərar verildi

11:58 - 5 Yanvar 2025

Fransanın "Monako" klubu baş məşqçi Adi Hütterlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi avstriyalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Monako" 54 yaşlı məşqçinin müqaviləsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.

Qeyd edək ki, Adi Hütter 2023-cü ilin oyun ayında "Monako"nun baş məşqçisi təyin olunub. "Knyazlıq" təmsilçisi Fransa çempionatında 16 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasında isə 6 turdan sonra 10 xalla 16-cı yerdədir.

Xəbər xətti