"Araz-Naxçıvan" heyətini daha bir legionerlə gücləndirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisinin qış “transfer pəncərəsi” zamanı heyətinə qatdığı oyunçulardan biri braziliyalı ola bilər.
Hazırda Premyer Liqada ikinci pillədə qərarlaşmış komandanın məşqçilər korpusu Alan Lima Kariusla maraqlanır. Səudiyyə Ərəbistanının birinci liqa təmsilçisi “Əl-Ədalah”da oynayan 27 yaşlı yarımmüdafiəçi özü də Azərbaycana gəlməkdə maraqlıdır. İndi də tərəflər arasında danışıqlar davam edir.
Karius yaxın vaxtlarda “Araz-Naxçıvan”a yekun qərarını deməlidir. “Vasko da Qama”nın yetirməsi olan braziliyalı peşəkar karyerasına “Volta Redondo”da başlayıb. O, “LASK Linz”, “Vila Nova”, “Sankt-Pölten”, “Kasımapaş”, “Tuzlaspor”, “Kyoto Sanqa”, “Əl-Najma” kimi klublarda çıxış edib. Alannın “Əl-Ədalah”la müqavilə müddəti 2025-ci il iyulun 5-nə qədərdir.
saytlarin hazirlanmasi