Fatih Terim Türkiyə millisinin üzvünü yanına aparmaq istəyir

16:37 - 3 Yanvar 2025

Türkiyəli mütəxəssis Fatih Terim "Əl-Şabab"a həmyerlilərini dəvət etmək istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli baş məşqçi millinin və "Beşiktaş"ın qapıçısı Mert Günoku sərəncamında görmək niyyətindədir. Buna görə Terimin özü Günokla danışıb. Transferin baş tutub-tutmayacağı yaxın vaxtlarda dəqiqləşəcək. 

Qeyd edək ki, Günokun "Beşiktaş"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti