Azərbaycan millisinin sabiq üzvü, 2014/2015 mövsümündə Premyer Liqamızın bombardiri olan Nurlan Novruzov I Liqada çıxış edəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı forvard “Qaradağ Lökbatan”da oynayacaq. Artıq onunla razılıq əldə olunub. Hücumçu qışdan sonra Birinci Liqa komandasında çıxış edəcək.
Novruzov son illərdə “Dinam-Avto”(Moldova), “Narva-Trans”(Estoniya), “Lalitpur Siti”, “Maçindra”(hər ikisi Nepal) klublarında legioner həyatı yaşayıb.
saytlarin hazirlanmasi