"Aston Villa"dan "Borussiya"ya 18 milyon avroluq təklif

13:09 - 3 Yanvar 2025

İngiltərənin "Aston Villa" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubunun əsas hədəfi "Borussiya"da çıxış edən Doniell Malendir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Aston Villa" niderlanlı vingeri bu ay transfer etmək istəyir. Birmingemlilər 25 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubuna 18 milyon avro və bonsular təklif edib.

Qeyd edək ki, "Borussiya" Doniell Maleni 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.

Xəbər xətti