"Arsenal"ın müdafiəçisi sabiq klubuna qayıdır

13:50 - 3 Yanvar 2025

"Arsenal"In müdafiəçisi Kiran Tirni karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, şotlandiyalı futbolçu "Seltik"ə keçir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. İngiltərə klubu ilə 6 aylıq müqaviləsi qalan 27 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə "ağ-yaşıllar"a qoşulacaq.

Qeyd edək ki, Kiran Tirni "Seltik"in yetirməsidir. Şotlandiya millisinin üzvü 2019-cu ilin avqust ayında məhz bu klubdan "Arsenal"a 27 milyon avroya transfer olmuşdu. Futbolçu bu mövsüm London təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti