"Mançester Yunayted”in hücumçusu Markus Reşford “Liverpul”la matçda meydana çıxmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə Mançester klubunun baş məşqçisi Ruben Amorim məlumat verib. Amorim Reşford haqda bunları deyib:“Reşford xəstələndiyi üçün məşqlərə qatılmır.
Ona görə də düşünürəm ki, o, “Liverpul”la görüşdə kənarda qalacaq".
Qeyd edək ki, “Liverpul” – “Mançester Yunayted” görüşü yanvarın 5-də keçiriləcək və matça 20:30-da start veriləcək. “Liverpul” 18 oyuna 45 xalla birinci, “Mançester Yunayted” isə 22 xalla 14-cü pillədədir.
saytlarin hazirlanmasi