Azərbaycanlı məşqçi Albaniya klubunun təklifindən imtina etdi 

16:12 - 3 Yanvar 2025

Albaniyanın “Biliş” klubundan ayrıldıqdan sonra bu ölkənin “Erzeni” klubundan baş məşqçi təklifi alan Rüfət Quliyev qərarını verib.

Sportal.az saytına verilən məlumata görə, Quliyev “Erzeni”nin təklifindən imtina edib. O, bu klub üçün Albaniyaya qayıtmaq istəməyib.

Buna səbəb isə “Erzeni”dəki perspektivin olmamasıdır.

Qeyd edək ki, “Erzeni” Albaniya birinci liqasında sonuncu pillədədir.

Xəbər xətti