"Fənərbaxça" hücumçusu üçün 40 milyon avro tələb edir

14:32 - 3 Yanvar 2025

"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" mərakeşli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Ərəblər En-Nesiri üçün "Fənərbaxça"ya 34 milyon avroluq rəsmi təklif göndərib. İstanbul klubu ilə 27 yaşlı forvard üçün 40 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan transfer edib. Mərakeş millisinin üzvü Super Liqa nəhənginin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti