Gürcüstan millisinin forvardı Bundesliqa klubunda - FOTO

21:47 - 4 Yanvar 2025

Gürcüstan millisinin hücumçusu Budu Zivzivadze “Karlsrue”ni “Haydenhaym”a dəyişəcək.

Sportal.az xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstan millisinin hücumçusu 2029-cu il iyunun 30-dək “Haydenhaym”a məxsus olacaq.

Transferin məbləği açıqlanmır. 30 yaşlı hücumçu cari mövsümdə "Karlsruher"in heyətində 20 oyun keçirib, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər xətti