"Yuventus" hücumçusunu satmaq istəyir

22:50 - 6 Yanvar 2025

"Yuventus" hücumçusu Duşan Vlahoviçlə yollarını ayırmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, İtaliya klubu serbiyalı forvardı satışa çıxaracaq. Bu barədə "Caught Offside" məlumat yayıb.

"Yuventus" Vlahoviç üçün 65 milyon avro tələb edir. PSJ, "Mançester Yunayted" və "Arsenal" 24 yaşlı futbolçunu transfer etmək isrəyir.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

Xəbər xətti