Fransa millisində oynamış hücumçu Türkiyə klubuna keçməyə hazırlaşır

13:49 - 7 Yanvar 2025

Türkiyənin “Hatayspor” klubu “Monako”nun sabiq kapitanı Vissam Ben Yedderlə gücləndirmək istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi hazırda klubsuz qalan 34 yaşlı forvardla danışıqlar aparır.

Maliyyə məsələlərində razılıq əldə olunarsa, Fransa millisinin sabiq üzvü “Hatayspor”a keçəcək. Təcrübəli hücumçu karyerası ərzində “Tuluza”, “Sevilya” və “Monako”da oynayıb.

Ben-Yedder 2018-2022-ci illərdə Fransa millisinin heyətində 19 matça çıxıb və üç qol vurub.

Xəbər xətti