"Fənərbaxça" Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində doğma meydanda "Hatayspor"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
Müdafiəçi Samet Akaydınla yarımmüdafiəçi İsmail Yüksek zədələnib. Hər iki futbolçu çempionat oyununda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Hatayspor" qarşılaşması 5 yanvar tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi