Mövsümün sonunda "Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə yeni sözləşmə imzalamayacaq. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Ronaldo mövsüm bitdikdən sonra "Əl-Nəsr"dən ayrılacaq. Ulduz futbolçu karyerasını çempionluq uğrunda mübarizə aparan bir komandada davam etdirmək istəyir.
Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvar ayından "Əl-Nəsr"də çıxış edir. Təcrübəli forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi