İngiltərənin "Plimat Arqayl" klubu baş məşqçi Ueyn Runi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisi 39 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ueyn Runi bu ilin may ayında "Plimat Arqayl"ın baş məşqçisi təyin olunmuşdu. Komanda bu mövsüm onun rəhbərliyi altında keçirdiyi 25 oyunda 5 qələbə qazanıb, 6 heç-heçə edib, 14 dəfə məğlub olub.
saytlarin hazirlanmasi