Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Sauthempton"da çıxış edən Paul Onuaçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sauthempton" nigeriyalı forvardı satmağın əleyhinə deyil. İngiltərə klubu"Beşiktaş"dan 13 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Sauthempton" Paul Onuaçunu 2023-cü ilin yanvar ayında "Genk"dən transfer edib. Nigeriya millisinin üzvü olan 30 yaşlı hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb. Təcrübəli futbolçu ötən mövsüm icarə əsasında "Trabzonspor"un formasını geyinib.
saytlarin hazirlanmasi