"Sportinq"in müdafiəçisi Eduardu Kuarejma karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Real" və "Atletiko" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə"Diario Sport" nəşri məlumat yayıb.
Madrid nəhəngləri 22 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Eduardu Kuarejma "Sportinq"in yetirməsidir. Portuqaliya U-21 millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi