Ağır zədə alan türk hücumçu üçün mövsüm erkən başa çatdı

16:50 - 8 Yanvar 2025

İngiltərənin "Bornmut" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Enes Ünal sıradan çıxıb. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Türk futbolçu komandanın məşqi zamanı dizindən ağır zədə alıb. Ön çarpaz bağları qopan 27 yaşlı forvard mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Bornmut" Enes Ünalı mövsümün əvvəlində "Xetafe"dən 16,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü davam edən mövsümdə Premyer Liqada meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti