“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvada “Hegelmann” olub.
saytlarin hazirlanmasi