İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Everton" Şon Dayçla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mütəxəssis və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şon Dayç 2023-cü ilin yanvar ayında "Everton"un baş məşqçisi təyin olunmuşdu. Komanda bu mövsüm 53 yaşlı məşqçinin rəhbərliyi altında keçirdiyi 21 rəsmi matçda 4 qələbə qazanıb, 8 heç-heçə edib, 9 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi