Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin "Polessye"dən ayrılacağı ilə bağlı iddialar var. Belə ki, Ukrayna mətbuatı Mustafayevin "Polessye"ni tərk edərək, "Çernomorets"ə keçəcəyini yazır.
Bu məsələ ilə bağlı Mustafayevin fikrini öyrəndik. Sportal.az saytına açıqlama verən 23 yaşlı futbolçu Odessa klubuna keçəcəyi ilə bağlı xəbərlərin doğru olmadığını bildirib:
"Bir neçə klubdan təklif almışam. Amma "Çernomorets"ə keçəcəyimlə bağlı xəbərlər doğru deyil. Bu klubla danışıq aparmırıq".
Qeyd edək ki, "Aleksandriya" yetirməsi olan Emil 2023-cü il iyulun 1-də "Polessye"yə keçib. O, 2027-ci il iyunun 30-na qədər Jitomir klubuna məxsus olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi