Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Zirə" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə"nin heyətində Elçin Əlicanov (54), Eldar Quliyev (64) və Ceyhun Nuriyev (89) fərqlənib. "Şamaxı"nın yeganə qolunu isə matçın 3-cü dəqiqəsində Rafael Məhərrəmli vurub.
saytlarin hazirlanmasi