"Neftçi"nin müdafiəçisi Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan klubundan ayrılacağını bildirib. "Neftçi" ilə sözləşməsi mövsümün sonunda başa çatan mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcəyini deyib:
"Hazırda "Neftçi" ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim. Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma nəticədə razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm. Başqa klublar mənimlə əlaqə saxlayıb, amma vəziyyət açıq qalır. İndi mənim üçün təzminat ödəyən klub olmasa, böyük ehtimalla yaya qədər "Neftçi"də qalacağam və azad agent kimi buranı tərk edəcəyəm".
Rumıniyada "Qaz Metan" və ÇFR-də çıxış etmiş 29 yaşlı futbolçu yenidən bu ölkəyə qayıtmağa isti yanaşdığını qeyd edib:
"Rumıniya üçün darıxdığımı deyə bilərəm. Çünki orada xoşbəxt idim, dili öyrəndim. Rumıniya mənim xoşuma gələn ölkədir. Yenidən Super Liqaya qayıtmağa "yox" deyə bilmərəm. Təkliflər olsa, qayıdaram. Niyə də olmasın? Rumıniyada yaxşı çıxış edirdim və özümü yaxşı hiss edirdim. Heç vaxt qapını bağlamıram. Futbolda hər şey mümkündür".
saytlarin hazirlanmasi