Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə Dortmund "Borussiya"sı doğma meydanda son çempion "Bayer"i qəbul edib. Qarşılaşma Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Bayer" turnir cədvəlinin 2-cci pilləsində qərarlaşıb. 25 xalı olan "Borussiya"isə 6-cı yerdədir.
"Borussiya" - "Bayer" 2:3
Qollar: Ceymi Gittens, 12, Seru Qirassi, 79 (pen) - Natan Tella, 1, Patrik Şik, 8, 19