"Kasımpaşa"nın futbolçusu Yasin Özcan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Aston Villa" türk futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
İstanbul klubu 18 yaşlı mərkəz müdafiəçisinin keçidindən 8 milyon avro gəlir əldə edəcək. Arxa xətt oyunçusu növbəti həftə müqavilə imzalamaq üçün İngiltərəyə yollanacaq.
Qeyd edək ki, Yasin Özcan "Kasımpaşa"nın yetirməsidir. Türkiyə millisinə də dəvət almış oyunçu 2022-ci ildən əsas komandasında çıxış etdiyi Super Liqa təmsilçisinin heyətində bu mövsüm meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Gənc futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi