"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, gürcü vinger İtaliya klubundan ayrılmaq istəyir. Bu barədə komandanın baş məşqçisi Antonio Konte məlumat verib:
"Kvaratsceliya ilə danışdım. O, mənə komandadan ayrılmaq istədiyini dedi".
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı vingerlə PSJ və "Liverpul" maraqlanır. Gürcüstan millisinin üzvünün Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi