"Mən gələnə qədər Qazaxıstan Norveçə yox, Ermənistana və Azərbaycana uduzmuşdu"

18:22 - 12 Yanvar 2025

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov komandasının zəif nəticələrindən narahat olmadığını etiraf edərək, komandalar arasında son yoldaşlıq görüşündə Azərbaycana məğlubiyyəti (2:3) xatırlayıb.

Sportal.az xəbər verir ki, “Спорт Шредингера” portalına danışan rusiyalı mütəxəssis məsələ haqda bunları deyib:

"Şəxsən mən narahat deyiləm. Baş məşqçinin narahat olmağa haqqı yoxdur. Narahat olmağa başlayan kimi azarkeşə çevrilir. Başqa bir şey də odur ki, uğursuzluqlar haqqında danışarkən, hər şeyə real baxmaq lazımdır. Mən gələnə qədər komanda Norveçə yox, Lüksemburq, Azərbaycan və Ermənistana uduzmuşdu".
 

Xəbər xətti