Rusiya Premyer Liqasında lider olan "Krasnodar" futbolçusunu itirə bilər.
Sportal.az "VarskySports" portalına istinadən xəbər verir ki, "Krasnodar"ın futbolçusu Kevin Kastanyo "River Pleyt"ə keçməyə hazırlaşır.
Belə ki, Argentina klubu kolumbiyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 10 milyon avro təklif edib.
Futbolçu özü də Argentina nəhəngindən aldığı təklifi dəyərləndirmək istəyir. Artıq klublar arasında danışıqlara start verilib.
Kastanyonun transfer dəyəri 6 milyon avro olaraq qiymətləndirilir. O, bu mövsüm 15 oyuna çıxıb və bir qol vurub. Kevinin "Krasnodar"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Aqilas Dorados”, “Kruz Asul”da oynadıqdan sonra Rusiya klubuna keçmişdi.
saytlarin hazirlanmasi