Azərbaycan milli komandasının sabiq hücumçusu Ruslan Qurbanov Sportal.az saytına açıqlamasında Fernandu Santuşun yığma komandasındakı fəaliyyətini şərh edib.
O, millidə portuqaliyalı mütəxəssə ehtiyacın olmadığını da söyləyib: "Mən həmişə deyirdim ki, yerli mütəxəssislər legionerlərdən pis deyil. Amm qərarı verən AFFA-dır. Ona görə də bir söz demək olmur. Lakin fikrimcə, 2025-ci ilin sonunda AFFA Fernandu Santuşu postundan uzaqlaşdıracaq".
Qurbanov, Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin DÇ-2026-da yer alacağı qrupdakı şanslarını dəyərləndirib. Belə ki, Ukrayna və İslandiya milliləri bəllidirsə, növbəti komandanın Fransa və ya Xorvatiya hələ dəqiq deyil. O, vaxtı ilə Fransaya 0:10 uduzan millimizin indiki dönəmdə həmin rəqiblə qarşılaşarsa, belə uduzacağına inanmadığını deyib:
"Futbolçu kimi böyümək istəyiriksə, o zaman kiminlə oynamağımızın fərqi olmamalıdır. Fransa millimizdən güclüdür. Bu, aydın məsələdir. Amma mən inanmıram ki, hansısa milli bizi 10:0 məğlub edə bilsin. Komandamız hamıya qarşı mübarizə aparır. Millimizin yaxşı nəticə göstərəcəyinə inanıram. Mən istəyirəm ki, bütün Azərbaycan xalqı qələbəni Milli ilə birlikdə hiss etsin".
Mirbağırağa