"Neftçi"nin mövsümün ikinci yarısına hazırlığın qış mərhələsini Qəbələdə başa vurub.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Bakıya qayıdıb və bu gün Misli Premyer Liqanın 19-cu turunun "Sabah"la oyununa hazırlığına başlayıb.
Noyabrda zədələnən komandanın hücumçusu Dembo Darbo fərdi proqrama əsasən bərpasını davam etdirir.
Qambiyalı hücumçunun yaxın günlərdə qrupa qoşulacağı gözlənilir.
saytlarin hazirlanmasi