"Aston Villa" "Borussiya"dan futbolçu transfer etdi - RƏSMİ

21:50 - 14 Yanvar 2025

İngiltərənin "Aston Villa" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Borussiya"dan Doniell Maleni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Aston Villa" niderlandlı vinger üçün Almaniya klubuna 23+3 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Borussiya" Doniell Maleni 2021-ci ilin yayında PSV-dən transfer etmişdi. Niderland millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti