"Real"ın sabiq üzvü Meksikada

15:18 - 14 Yanvar 2025

Kolumbiya millisinin sabiq üzvü Xames Rodriqes Türkiyəyə yollanmaq istəməyib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Superliqa təmsilçilərinin maraq dairəsində olan təcrübəli futbolçu Meksikaya yollanamğa qərar verib.

Belə ki, 33 yaşlı yarımmüdafiəçi “Leon”da oynayacaq. Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin şərtləri dəqiqləşdirilməyib. O, son olaraq “Rayo Valyekano” ilə müqavilə müddətini qarşılıqlı razılaşma əsasında pozmuşdu. Meksika klubu Xames Rodrigesin karyerasında 12-ci olub.

Kolumbiyalı indiyə qədər “Porto”, “Monako”, “Real”(Madrid), “Bavariya”, “Everton”, “Olimiakos”, “Sao Paolo” kimi klublarda oynayıb.

Xəbər xətti