Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
Sportal.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcək.Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaq.
Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün "timekeeper"i Laurentiu İlie (San Marino) olacaq.Qeyd edək ki, Azərbaycan – Kosovo matçı yanvarın 25-də Serravalledəki "Multievent Sport Domus"da saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi