Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Murat Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Hatayspor" bir neçə gün öncə Rıza Çalımbayla yollarını ayırıb. Murat Şahin isə bu vaxta qədər Sergen Yalçının köməkçisi kimi çalışıb.
saytlarin hazirlanmasi