İspaniyanın "Valensiya" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Bornmut"dan Maks Aaronsu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli sağ cinah müdafiəçisi mövsümün ikinci yarısında "yarasalar"ın formasını geyinəcək. "Valensiya" 9 milyon avro ödəməklə 25 yaşlı oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Bornmut" Maks Aaronsu 2023-cü ilin avqust ayında "Norviç"dən transfer edib. İngiltərə U-21 millisində oynamış futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi