"Flamenqo"nun rəsmisi "Qarabağ"ın forvardının transferi barədə: "Razılıq olub"

12:18 - 13 Yanvar 2025

Braziliyanın “Flamenqo” klubunun idman direktoru Joze Boto "Qarabağ"ın azərbaycanlı hücumçusu Juninyonu transfer etməklərindən danışıb.

Sportal.az xəbər verir ki, Braziliya mətbuatına danışan "Flamenqo"nun rəsmisi Ağdam klubu ilə razılaşdıqlarını söyləyib:

"Tərəflər arasında razılıq olub. Lakin o, yalnız müqavilə imzaladıqdan sonra “Flamenqo”nun futbolçusu olacaq. İstənilən futbolçu yalnız tibbi müayinədən keçib, müqavilə imzaladıqdan sonra klubumuzun üzvü olur. Bu isə hələ baş verməyib”.

Bu arada, Braziliya mətbuatının yazdığına görə, Juninyo müqavilə imzalamaq üçün bu gün Rio-de-Janeyroya yollanacaq.

O, "Flamenqo"nun mövsümöncəsi təlim-məşq toplanışı keçirdiyi ABŞ-a yollanamacaq. Forvard yeni komandasını gözləyərkən vətənində məşq edəcək.

Xəbər xətti