"Fənərbaxça"nın heyətində şok itki

18:58 - 15 Yanvar 2025

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Dominik Livakoviç sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı qolkiper Super Liqanın 19-cu turunun "Konyaspor"la matçının son dəqiqələrində zədələnib. Sağ ayağının arxa əzələsində yırtıq aşkarlanan 30 yaşlı "əlcək sahibi"nin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Dominik Livakoviçi 2023-cü ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü olan təcrübəli qapıçı bu mövsüm Super Liqa təmsilçisinin heyətində 26 rəsmi matçda meydana çıxıb. Bu oyunlarda 31 qol buraxan Livakoviç 8 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti