Millimizin müdafiəçisi qol vurdu, komandası qələbə qazandı

20:11 - 15 Yanvar 2025

Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" bu gün doğma meydanda "Kastrioti"ni qəbul edib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. Millimizin üzvü komandasının ilk qolunu vurub.

Xəbər xətti