"Trabzonspor" milli üzvü ilə yollarını ayırdı - RƏSMİ

16:53 - 15 Yanvar 2025

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi Enis Bardi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şimali makedoniyalı futbolçu ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bardi ilə Türkiyədə "Başakşehir" və "Eyüpspor", İspaniya La Liqasında isə bir neçə klub maraqlanır.

Qeyd edək ki, "Trabzonspor" Enis Bardini 2022-ci ilin yayında "Levante"dən transfer etmişdi. Şimali Makedoniya millisinin üzvü olan 29 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti